Baş nazir görüş keçirdi
18:46 05 Sentyabr 2019
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Yaponiyanın Xarici işlər nazirinin müavini Kenji Yamadanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Femida.az-a verilən məlumata görə, görüşdə Baş Nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Xatırladıb ki, 2 gün sonra sentyabrın 7-də iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olacaq. Bunu əlamətdar hadisə adlandıran Baş Nazir, Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini bildirib.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərini xatırladan Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.
Yaponiyanın Xarici işlər nazirinin müavini Kenji Yamadanın, Azərbaycan Respublikasının Prezidentinin iştirak etdiyi “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasiminə qatılması da iki ölkənin əlaqələri üçün tarixi əhəmiyyət daşıyır. Baş Nazir, Ölkə Başçısının mərasimdəki çıxışını bir daha xatırladaraq bildirib ki, stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür. Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, səhiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə qeyd olunub ki, Azərbaycanın Yaponiya ilə münasibətlərində iqtisadi əməkdaşlıq prioritet istiqamətlərdəndir. Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatında təmsil olunmasının ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycanda yaradılan əlverişli investisiya mühiti haqqında qonağa ətraflı məlumat verib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Yaponiyanın Xarici işlər nazirinin müavini Kenji Yamada səmimi qəbula görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. Cənab Yamada xüsusi vurğulayıb ki, əlverişli geosiyasi mövqedə yerləşən, logistik mərkəzə çevrilən və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycan regionda Yaponiyanın vacib tərəfdaşıdır.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib