Xəzər rayonunda ikimərtəbəli evdə yanğın olub


19:29     05 Sentyabr 2019 yangin_38673636.jpg

Bakı şəhərininin Xəzər rayonunda yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 341