Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq


21:52     05 Sentyabr 2019 19_09_05_1567702389.jpg

Bu gecə saat 02:00-06:00 arası LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində aparılan yenidənqurma və profilaktik tədbirlərlə əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.

"Baktelecom" MMC-dən Femida.az-a verilən məlumata görə, profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.

Açar sözlər:

Oxunub: 468