Ramil Usubov polis rəisini işdən çıxardı


04:41     20 May 2015 1430724030.jpg

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.


Azvision.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar rayon polis idarəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib.

Bundan başqa DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.

Açar sözlər:

Oxunub: 1786