İsmayıllı sakini qayçı ilə həmyerlisinə xəsarətlər yetirib


09:12     06 Sentyabr 2019 2019/09/08-56-54-575d71b723db7e0_1567745831.jpg

İsmayıllı sakini qayçı ilə ağır cinayət törədib.

APA xəbər verir ki, rayonun Kürdmaşı kəndində 1993-cü il təvəllüdlü Eşqin Nəzərov mübahisə zamanı həmkəndlisi - 1992-ci il təvəllüdlü Gəray Mikayilova qayçı ilə ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən E.Nəzərov saxlanılıb.

Açar sözlər:

Oxunub: 366