Məktəb direktoru qəzada həmyerlisini öldürdü - Xaçmazda


09:36     06 Sentyabr 2019 avtomobil%20qezasi%20(11).jpg

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb.

Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 714