Vilayət Eyvazov bu şəxsləri rəis təyin etdi


10:11     06 Sentyabr 2019 19_09_06_1567749917.jpg

Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.



Femida.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.


Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.


Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb

Açar sözlər:

Oxunub: 548