Kərim Vəliyev Çunq Sukvanla görüşüb


11:32     06 Sentyabr 2019 19_09_06_1567755207.jpg

Seul şəhərində keçirilən "Seul Müdafiə Dialoqu - 2019" beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini cənab Çunq Sukvan ilə görüşüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Görüşdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqaz və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 650