Keçmiş məhkum tapança ilə tutulub


12:27     06 Sentyabr 2019 tapanca_01477555.jpg

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 398