Saxta avro satan şəxs saxlanılıb


12:48     06 Sentyabr 2019 2019/09/euro_1567759740.jpg

Sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 399