Azərbaycan daha bir mötəbər konfransa qatılır


13:26     06 Sentyabr 2019 Qazaxistan%20Respublikasi%2011%20Astana%20(1).jpg

Cari il sentyabrın 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasina sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçiriləcək. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunacaq.



Femida.az-ın məlumatına görə, Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını və ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi adıçəkilən Protokol layihəsinin hazırlanmasında fəal iştirak etmiş, onun verdiyi təkliflər nəzərə alınmış, sənəddə müvafiq dəyişikliklər edilmişdir.

Diplomatik konfransa bir sıra dövlətlərin hökumət nümayəndə heyətləri, beynəlxalq və regional hökumətlərarası təşkilatların əməkdaşları, eyni zamanda əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər dəvət dəvət olunub.

Bu mötəbər beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 413