Rusiya MSK-nın sədrinə evində elektroşokla hücum edilib


14:16     06 Sentyabr 2019 19_09_06_1567764187.jpg

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Panfilovanın Moskva ətrafındakı evinə basqın olub.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Hadisə gecə saatlarında baş verib.


Maskalı şəxs MSK sədrinə elektrokşokla hücum edib və hadisə yerindən uzaqlaşıb.

Quldurluq fakt üzrə cinayət işi başlanılıb, iş Rusiya DİN tərəfindən nəzarətə götürülüb.

Açar sözlər:

Oxunub: 446