Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başa çatdı
16:10 06 Sentyabr 2019
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Eternity-2019" kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Tədbirdə "Eternity - 2019" kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.
Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.
Femida.az
Oxunub: 502
Oxşar xəbərlər
- Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib
- Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
- Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır
- Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin Ankarada müzakirə edəcəyi məsələlər açıqlanıb
- Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edir
- Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları görüşdü
- Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları tapşırıqları icra ediblər
- Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq güclənir
- Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb
- Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir