Rusiya qırıcıları havada toqquşdu


16:23     06 Sentyabr 2019 2019/09/1567768706_1567772277.jpg

Rusiya Hava Qüvvələrinə məxsus 2 ədəd "SU-34" döyüş təyyarəsi havada toqquşub.

Bu barədə Rusiya mətbuatı hərbi mənbələrə istinadən məlumat verib. Məlumatlara görə, Rusiyanın Lipetsk bölgəsində təlim uçuşu keçirən 2 ədəd "SU-34" döyüş təyyarəsi havada toqquşub. Pilotların təyyarələri ağır zədəyə baxmayaraq, hərbi hava limanına endirməyə nail olduğu açıqlanıb. Hər 2 pilotun da qəzadan xəsarət almadan xilas olduğu bildirlib. Hadisə ilə bağlı istintaq başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 397