28 idmançımız Olimpiadaya vəsiqə uğrunda güləşəcək - HEYƏT
17:16 06 Sentyabr 2019
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda Olimpiadaya lisenziya xarakteri daşıyan güləş üzrə dünya çempionatı keçiriləcək.
Femida.az xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində son təlim-məşq toplanışını davam etdirən sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub.
Hazırlıq prosesi başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev mundialda iştirak edəcək heyəti açıqlayıb.
Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu növdə baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (-55 kq), Taleh Məmmədov (-60 kq), Elman Muxtarov (-63 kq), Rəsul Çunayev (-67 kq), Sənan Süleymanov (-72 kq), Elvin Mürsəliyev (-77 kq), Rafiq Hüseynov (-82 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq) və Beka Kandelaki (-130 kq) ölkəmizi təmsil edəcəklər.
Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Mariya Stadnik (-50 kq), Türkan Nəsirova (-53 kq), Alyona Kolesnik (-57 kq), Tatyana Omelçenko (-59 kq), Elmira Qəmbərova (-62 kq), Elis Manolova (-65 kq), İrina Netreba (-68 kq) və Səbirə Əliyeva (-76 kq) mübarizə aparacaqlar.
Mundialın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (-57 kq), Əhmədnəbi Qvarzatilov (-61 kq), Hacı Əliyev (-65 kq), Ağahüseyn Mustafayev (-70 kq), Hacımurad Hacıyev (-74 kq), Cəbrayıl Həsənov (-79 kq), Aleksandr Qostiyev (-86 kq), Şamil Zubairov (-92 kq), Şərif Şərifov (-97 kq) və Cəmaləddin Məhəmmədov (-125 kq) uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, Olimpiya çəkilərində ilk altı pillənin sahibi Tokio-2020-yə vəsiqə qazanacaq. Dünya çempionatında I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.
Oxunub: 560
Oxşar xəbərlər
- 28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq
- 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir
- 2867 şəhidin ailə üzvlərinə sosial ödəniş edilib
- 28 müəssisədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulub
- 28 əsgərini ölümdən xilas edən şəhid mayor - Sübhi Mürsəliyev
- 28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
- 28 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb
- 28 ildən sonra Şuşada cümə namazı qılındı
- 28 il əvvəl əsir düşmüş hərbçi tapılması xəbəri yalandır - AÇIQLAMA
- 28 yaşlı qızın xəstəxanada ölümü ilə bağlı cinayət işi başlandı