Bank işçisini avtomobillə vuran yeniyetməyə hökm oxunub


17:33     06 Sentyabr 2019 19_09_06_1567773450.jpg

Bakıda ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Femida.az -ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Q. Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində baş verib. Həmin ərazidə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub. Yaralı yerləşdirildiyi xəstəxanada ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o, saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən Ləman Süleymanlı "AzərTürkBank"da mühasib – şöbə müdiri vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 494