Maşınla vurulan piyada xəstəxanada ölüb


19:08     06 Sentyabr 2019 xestexana_01254.jpg

Sentyabrın 5-də saat 20 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Nabran kənd sakini M.Orucov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini İslam Cəmiyevi vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 477