Gömrük Komitəsində imtahan keçirilib


20:42     06 Sentyabr 2019 2019/09/8FF17386-1E4E-41A2-A9AB-46B29817D35E_1567788869.jpeg

Sentyabrın 6-da Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyəti ilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün daha bir imtahan keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az -a bildirilib ki, imtahan prosesində Dövlət Gömrük Komitəsinin imtahan komissiyasının üzvü olan Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov deyib ki, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Daha sonra 6-cı imtahana start verilib. İmtahanda 85 nəfər iştirak edib. Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 600-ə qədər şəxs müraciət edib və bu məqsədlə hələlik 6 imtahan keçirilib. İndiyə qədər 186 nəfər imtahanlarda uğurlu nəticə əldə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 528