Bu il BMT-nin 72 əməkdaşı ölüb

Bu il BMT-nin 72 əməkdaşı ölüb


21:07     06 Sentyabr 2019 bmt.jpg

Bu il BMT-nin 72 əməkdaşı dünyasını dəyişib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş mülki, hərbi və polis əməkdaşlarının xatirəsinə həsr olunmuş təntənəli tədbir zamanı baş katib Antonio Quterreş bildirib.

“Bu il biz 25 mülki əməkdaşı, 43 sülhməramlını, 4 polisimizi itirmişik”, - deyən baş katib həmkarlarını ümumi amallar uğrunda canlarından keçmiş həmin insanların xatirəsini yad etməyə çağırıb: “Səhrada, yaxud qərargahda həyatları xilas etmək, ümid bəxş etmək naminə çəkdiyiniz zəhmətlərlə fəxr edirik. Gəlin vəzifə başında özlərini fəda edənləri yad edək”.

Femida.az

Açar sözlər:

Oxunub: 150