Türkiyədən Bakıya gələn sərnişin avtobusu qəza törədib, ölən və yaralananlar var


09:12     07 Sentyabr 2019 publika.az1397292007qeza.jpg

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

Açar sözlər:

Oxunub: 597