Sumqayıtda taksi qəzaya düşüb, 2 nəfər yaralanıb


09:23     07 Sentyabr 2019 19_09_07_1567833832.jpg

Sumqayıt şəhərində 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az bildirir ki, şəhər ərazisində taksi fəaliyyəti göstərən “Opel” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb.

Nəticədə 1975-ci il təvəllüdlü Həsənov Rafiq Saleh oğlu və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Həsənova Ruhiyyə Yaşar qızı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 379