Toyda qanlı dava - 19 yaşlı oğlan bıçaqlandı


14:26     13 Noyabr 2015 qX5vZsRpvR89.jpg

Zaqatalada toyda bıçaqlanma olub.


Noyabrın 12-də saat 22.00 radələrində rayonun Faldar kənd sakini, 1996-cı il təvəllüdlü Ruhi İmran oğlu Abdullayev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Bıçaqlanma faktı Rayon Polis Şöbəsi tərəfindən təsdiqlənib. Bildirilib ki, rayonun Dağlı kəndində fəaliyyət göstərən şadlıq evində keçirilən toy mərasimində adı açıqlanmayan şəxs R. Abdullayevi bıçaqlayaraq hadisə yerini tərk edib.

Həmin şəxsin tutularaq istintaqa təhvil edilməsi istiqamətində tədbirlər görülür. /apa/

Açar sözlər:

Oxunub: 1105