Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb


11:11     07 Sentyabr 2019 hebs.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İişlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 394