Sumqayıtda kişi meyiti tapıldı


10:53     07 Sentyabr 2019 meyit.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.



FHN-dən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Uzbekov Slavikin meyitini aidiyyəti üzrə təhvil veriblər.


Femida.az

Açar sözlər:

Oxunub: 301