Quba xəstəxanasında yaşayan Rusiya vətəndaşı ölkəsinə göndərilib
11:21 07 Sentyabr 2019

On səkkiz aydan çox Quba Rayon Mərkəzi Xəstəxanasında (MRX) yaşayan Rusiya vətəndaşı ölkəsinə göndərilib.
APA-nın şimal bürosunun xəbərinə görə, 64 yaşlı Viktor Seryakov hava limanından Moskvaya yola salınıb. O, bundan sonra Rusiyada ahıllar evində yaşayacaq.
Qeyd edək ki, V. Seryakov 1994-cü ildən Azərbaycanda yaşayıb. Rusiyada məhbusluq həyatı yaşadıqdan sonra ölkəmizə gəlib və uzun müddət Quba və Siyəzəndə çalışıb. O, sənədlərini itirdikdən sonra Rusiyaya qayıda bilməyib.
V. Seryakov 2017-ci ildə Quba MRX-ya gətirilib. Müayinə zamanı onun gözlərinin görmədiyi və bir sıra xəstəliklərə yoluxduğu aşkarlanıb.
Oxunub: 330
Oxşar xəbərlər
- Qubada karantin postunda saxlanılan avtomobildə nərə balıqları aşkarlandı
- Qubadlının Muradxanlı kəndindən görüntülər - VİDEO
- Qubadlının Mahmudlu kəndindən görüntülər
- Qubada ev əşyaları ilə birgə yandı
- Qubadlının Xocahan kəndi (VİDEO)
- Qubada ərzaq mağazası yandı
- Qubada oğurluq edən şəxs saxlanılıb
- Qubada keçmiş rəis koronadan vəfat etdi
- Qubada kafe sahibi və daha 9 nəfər cərimələndi
- Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələndi