Oqtay Əsədov Almaniyaya səfər edəcək
12:04 07 Sentyabr 2019
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 8-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Almaniya parlamentində olacaq, Bundestaqın plenar iclasları keçirilən binada deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olacaqlar.
Bundestaqın prezidenti Volfqanq Şoyble, Birinci vitse-prezident, Berlin şəhərinin meri Mixael Müller, parlamentin vitse-prezidenti Tomas Opperman, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohanes Karsla keçirilən görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq.
Səfər sentyabrın 10-da başa çatacaq.
Femida.az
Oxunub: 589
Oxşar xəbərlər
- Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib
- Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
- Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - TƏBİB-dən MÜNASİBƏT
- Oqtay Şirəliyev peyvənd olundu - Video
- Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama
- Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” planı var” - VİDEO
- Oqtay Əsədov Milli Məclisin iclasına gəlmədi
- Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv oldu
- Oqtay Şirəliyev bu dərmanlarla bağlı qərar imzaladı
- Oqtay Gülalıyev yenidən əməliyyat olunub