Bakıda ölümlə nəticələnən avtomobil qəzası olub


12:20     07 Sentyabr 2019 big_1405422456_qeza.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri iki "Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə O.Süleymanovun sərnişini olan həyat yoldaşı Reyhan Süleymanova hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 429