Azərbaycan İlahiyyat İnstitutuna bina ayrılıb


12:45     07 Sentyabr 2019 2018/09/ilahiyyat_1537341970.jpg

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan İlahiyyat İnstitutu üçün bina ayrılıb”.



Femida.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun binası 4 mərtəbəlidir: “Hazırda həmin binada təmir işləri gedir. Bizdən asılı olmayan texniki və digər işlər var ki, müvafiq şirkət bu işləri həyata keçirir. Bu il olmasa da, inanırıq ki, bina növbəti tədris ilinə qədər hazır olar”.

Femida.az

Açar sözlər:

Oxunub: 465