Maşından “TT” markalı tapança çıxdı


15:31     07 Sentyabr 2019 2019/09/tapan-1567848756_1567855092.jpg

Bakıda avtomobildən tapança aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az
-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 596