Samuxda piyadanı avtomobil vurub

Samuxda piyadanı avtomobil vurub


16:53     07 Sentyabr 2019 piyada5.jpg

Samuxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1959-cu il təvəllüdlü Vəliyev Mirzə Yasin oğlunu yaşadığı evin qarşısında, yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 149