MSK-nın sədrinə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb


18:30     07 Sentyabr 2019 19_09_07_1567864231.jpg

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Panfilovanın Moskva ətrafındakı mənzilinə basqın etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi İrina Volk bildirib ki, saxlanılan şəxs 1983-cü il təvəllüdlüdür və o, əslən Mərkəzi Asiya respublikalarından birindəndir.

Qeyd edək ki, ötən gün Rusiya MSK-nın sədri E. Panfilovanın Moskva ətrafındakı mənzilinə basqın olub. Hadisə gecə saatlarında baş verib.

Maskalı şəxs MSK sədrinə elektrokşokla hücum edib və hadisə yerindən uzaqlaşıb.

Quldurluq faktı üzrə cinayət işi başlanılıb, iş Rusiya DİN tərəfindən nəzarətə götürülüb.

Açar sözlər:

Oxunub: 556