Biləcəri qəsəbəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Biləcəri qəsəbəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq


19:12     07 Sentyabr 2019 19_09_07_1567866220.jpg

Bu gün səhər saatlarından başlayaraq axşam saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəzanın baş verməsi nəticəsində dağılmış asfalt-beton örtüyünün bərpası işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Femida.az- a verilən məlumata görə, qeyd olunan müddətdə sözügedən ərazidə hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Açar sözlər:

Oxunub: 195