Gimnastımız Batumidə bürünc medal qazandı


19:53     07 Sentyabr 2019 19_09_07_1567868089.jpg

Gürcüstanın Batumi şəhərində idman gimnastikası üzrə beynəlxalq yarış keçirilib.

Femida.az -ın Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumatına görə, turnirdə Azərbaycan yığma komandasının gənc gimnastları Ağamurad Qəhrəmanov, Sərvər Əliyev və Milana Minakovskaya iştirak ediblər.

Kişi gimnastımız Ağamurad ən yaxşı nəticəsini turnikdə göstərib. Belə ki, idmançımız bu alətlə proqramını uğurla icra edərək, bürünc medala sahiblənib.

Qadınlar arasında təmsilçimiz Milana isə 3 final mərhələsində çıxış edib. O, müxtəlif hündürlüklü qollarda 5-ci, gimnastika tiri və sərbəst hərəkətlərdə 6-cı yerdə qərarlaşıb. Çoxnövçülük xallarına əsasən isə Milana 4-cü olub.

Açar sözlər:

Oxunub: 434