“Nihat deyirdi ki, “vurma,vurma” - Baltalanan şəxsin məhkəməsi


15:20     13 Noyabr 2015 400739207.jpg

Balta ilə doğranan oğlanın məhkəməsi olub


Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.Təqsirləndirilən şəxslər Mirələkbər Səttarov və Xətai Şirinova Azərbaycan Respublikası CM-nin 120.1.2 maddələri (Qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.


Hakim məhkəmənin tərkibinə etirazın olub-olmadığını soruşduqdan sonra hadisədə şahid kimi ifadə verən Səttarov İsmayıl ifadə verdi.

Xatırladaq ki, İsmayıl Səttarov təqsirləndirilən şəxs Mirələkbər ismayılovun oğludur. O, hadisəni görmüş şahid qismində ifadə verib. Həmçinin onun barəsində CM-nin 221.1-ci maddəsi (xuliqanlıq) ilə 3 ay həbs qərarı qəbul edilib.

İsmayıl həmin gün hadisənin necə baş verdiyini danışdı:

“ Hadisə baş verən gün mən Səfərov Gündüzə zəng etdim. Həmişə ondan narkotika alırdım. Bu dəfə də, zəng etdim və dedim ki, bizim məhlə tərəfə gəlsin. Gündüzlə görüşə gedəndə gördüm ki, tək gəlməyib. Yanında rəhmətlik Nihat və Rövşən də, var. Rövşənin əlində bıçağı görüb mən həyətimizə tərəf qaçdım. Qorxurdum ki, məni öldürər. Çünki, bu hadisədən bir müddət əvvəl Nihat məni bıçaqlamışdı. Həmin vaxtı da,onlar bir yerdə gəlmişdilər. Onda da, təzə sağalmışdım. Həmin vaxt sinif yoldaşım Röyal da yanımızda idi. Telefonumu ona verib, dedim ki, digər dostumuz Xətaini də, köməyə çağırsın. Çünki, bunlar çox idi. Onu deyib, qaçdım həyətə. Atam da, əlində balta həyətdə ağacları budayırdı. Mən qaçıb girdim evə. Atam onlarla həyətdə qaldı.”

Hakim şahid İsmayıla: Sən Xətainin ora necə gəldiyini və hadisənin necə baş verdiyini gördünmü?

İsmayıl: Xeyr. Mən həmin vaxt evdəydim. Bir müddət sonra həyətə çıxanda gördüm ki, hamam tərəfdən səs gəlir. Orada rəhmətlik Nihat deyirdi ki, “vurma,vurma!!” Atam da, ona deyirdi ki, sən mənim oğlumun üstünə niyə gəlmisən?
Xətainin ora gəlməsini və Nihatı öldürməsini şəxsən görməmişəm. Mən hamam tərəfə yaxınlaşanda gördüm ki, qapısı bağlıdır. İçəridən də, qışqırtı səsi gəlir. Orada Xətai ilə bağlı onu xatırlayıram ki, o Gündüzü yaxasından tutub deyirdi ki, Nihatı bura niyə gətirmisən? Sən ki, bilirsən onun bizimlə problem var.”

Hakim: Bəs balta ilə vurulan Nihatı hamamdan kim çıxardı? Orada kimlər var idi?

İsmayıl: Həmin vaxt qonşular da səsə gəldilər. Yusif və onun anası da bizə gəldilər. Onu hamamdan çıxardıb xəstəxanaya apardılar. Dostu Gündüz qucağında apardı. Sonra da, xəstəxanada öldü.”

Daha sonra müdafiəçilər şahidə bir neçə sualla müraciət etdilər. Onlar davanın nə səbəbdən baş verdiyini soruşduqda, İsmayıl buna cavab verməkdən imtina etdi. O, bütün bu sualları Gündüz Səfərovdan soruşmaq lazım olduğunu dedi.

Xatırladaq ki, iş üzrə şahid kimi tanınan Gündüz Səfərov məhkəməyə gəlməkdən imtina edib. Ona görə də, onun barəsində Sabunçu Rayon Məhkəməsinə və polis idarəsinə müraciət edilib.

Şahid ifadəsini verdikdən sonra, təqsirləndirilən şəxs Xətai Şirinov ifadə verdi.

O, ifadəsində hadisə baş verən gün hamamda olduğunu bildirdi.Çölə çıxanda Gündüzü gördüm və dedim ki, sən Nihatı niyə bura gətirdin? Cammatın balası sənə görə, öldü. Onlar hadisə yerinə 5 nəfər gəlmişdilər. Biri ölən şəxs Nihat, Gündüz və Rövşən. Digər 2 nəfəri isə tanımıram.

Bundan sonra növbəti prosesin vaxtı dəqiqləşdirildi.
Xatırladaq ki, təqsirləndirilən şəxs Mirələkbər Səttarov sizofreniya xəstəliyindən əziyyət çəkir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3632


Oxşar xəbərlər