İmişlidə bədbəxt hadisə: 8 yaşlı uşaq su kanalında boğuldu


21:32     07 Sentyabr 2019 19_09_07_1567875569.jpg

İmişlidə 8 yaşlı uşaq su kanalına düşərək, boğulub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Kənd sakini, 2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu həmyaşıdı ilə kollektorun üzərindəki körpüdən keçərkən suya düşərək boğulub. Yanındakı azyaşlı uşaq kəndə gedərək onun ailəsinə xəbər verib.

Kənd sakinlərinin köməyi ilə uşağın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 525