Yevlaxda “Azərişıq” ASC-nin yarımstansiyasında yanğın olub


09:16     08 Sentyabr 2019 2019/09/09-17-26-565d748bfb1ea14_1567919867.jpg

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istnadən verdiyi məlumata görə, tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 526