İsrail hərbi hava qüvvələri Qəzzaya zərbələr endirib


09:42     08 Sentyabr 2019 19_09_08_1567921207.jpg

İsrailin döyüş təyyarələri şənbə günü Fələstinin Həmas hərəkatının nəzarətində olan Qəzza bölgəsinə bir sıra hücumlar həyata keçirib.

Femida.az xəbər verir ki, bu barədə “Dunya Al Watan” xəbər portalı məlumat yayıb.

Məlumata görə, sahil anklavının mərkəzi və şimal hissələri bombalanıb. Reydlərin məqsədi, Fələstin tərəfinin fikrincə, sektorda fəaliyyət göstərən müqavimət qruplarının mövqeyi idi. Hələlik xəsarət alan olmayıb.

Şənbə günü İsrail təyyarələrindən biri Qəzzada pilotsuz uçuş aparatını İsrail ərazisinə daxil edən bir qrup fələstinliyə hücum edib. Ardınca sərhəd hasarına doğru partlayıcı qurğu atılıb. Hadisə nəticəsində İsrailə məxsus hərbi avtomobilə ziyan dəyib, ancaq hərbçilər arasında xəsarət alan olmayıb.

Açar sözlər:

Oxunub: 563