Kürdəmirdə 3 yaşlı uşaq yıxılaraq kəllə-beyin travması alıb


10:32     08 Sentyabr 2019 6_xestexana8.jpg

Kürdəmir rayonunda 3 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2016-cı il təvəllüdlü Eminov İlham İlqar oğlu ehtiyatsızlıqdan stoldan yıxılıb. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 501