Bakıda ikimərtəbəli ev yanıb


11:11     08 Sentyabr 2019 yangin_38673636.jpg

Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində yerləşən sahəsi 70 m² olan sauna otağının yanar konstruksiyaları 7 m² sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 70 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Açar sözlər:

Oxunub: 332