Sabirabad sakini bədbəxt hadisə nəticəsində ölüb


13:56     08 Sentyabr 2019 klinika.jpg

Bu gün səhər saatlarında Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Səfərov Səfər Balayar oğlu fərdi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Səfərovun 3 övladı var.

Femida.az

Açar sözlər:

Oxunub: 465