237 nəfər vəkil olmaq üçün imtahan verir


14:04     08 Sentyabr 2019 19_09_08_1567937135.jpg

Bu gün Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.

Vəkillər Kollegiyasından Femida.az-a verilən məlumata görə, imtahan Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.

237 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunacaq ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.

REKLAM

www.instagram.com

Daha ətraflı

İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib.

İmtahanda iştirak edən ən yaşlı namizəd 70, ən gənc isə 25 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 49%, Respublikanın digər regionları üzrə isə 51%-dir. Qeyd olunmalıdır ki, əvvəlki imtahanlardan fərqli olaraq, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 11,2%-i xarici, 88,8%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 51% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 59%-ni təşkil edir. Qadın namizədlər 14%, kişi namizədlər isə 86%-dir.

Femida.az

Açar sözlər:

Oxunub: 1820