Bu gün vəkilliyə çox böyük maraq var - Anar Bağırov

"Bu gün vəkilliyə çox böyük maraq var" - Anar Bağırov


15:06     08 Sentyabr 2019 19_09_08_1567939166.jpg

Bu gün demək olar ki, vəkilliyə çox böyük maraq var.

Bunu jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, həm Bakıda, həmdə regionlarda fəaliyyət göstərən çoxsaylı hüquqşünaslar Vəkillər Kollegiyasına üzv olmaq üçün sənəd verirlər və vəkil olmaq arzusundadırlar. Müraciət edən namizədlərin çoxu dövlət orqanlarında işləyən təcrübəli hüquqşünaslardır. Bu gün keçirilən imtahanda 237 nəfər namizəd iştirak edir. Bunların əksəriyyəti regionlarda fəaliyyət göstərən namizədlərdir. Regionlarda vəkillərin sayının az olmasını nəzərə alaraq Vəkillər Kollegiyası bu azlığı aradan qaldırmaq məqsədilə regionlardan olan hüquqşünaslara üstünlük hüququ verib. Ilk növbədə onlar imtahan verirlər. Ümid edirəm ki, bu imtahandan sonra regionlarda vəkillərin sayı xeyli artacaq. Onu da qeyd edim ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub. Bu istiqamətdə işlər davam etdirilir.

"Bu gün 47 şəhər və rayonda fəaliyyət göstərən, yaşayan hüquqşünaslar imtahan verir. Maraqlı haldır ki, əvvəlki imtahanlarda olduğu kimi, yenə də əsasən gənclər vəkilliyə üz tuturlar. Namizədlərin 80 faizi 50 yaşına kimi olan hüquqşünaslardır. Qalanları isə 40 yaşına kimi olan şəxslərdir. Yəni vəkillik cavanlaşır, gəncləşir. Bu mərhələdən uğurla keçən namizədlər şifahi mərhələyə buraxılacaqlar. Oradanda keçəndən sonra Ədliyyə Akademiyasında qanunla nəzərdə tutulmuş qaydada tədrisi başa vurandan sonra kollegiyaya üzvlüyə qəbul olunacaqlar",- deyə A.Bağırov qeyd edib.(azertac)

Femida.az

Açar sözlər:

Oxunub: 252