İki qardaşın qadına qarşı cinayəti - Onları 12 ilə qədər cəza gözləyir


17:58     08 Sentyabr 2019 2019/09/201AF377-B4C4-4DDA-95D8-F39046CF347E_1567951218.jpeg

Bakıda qadını bıçaqla hədələyərək boyunbağısını götürən qardaşlar hakim qarşısına çıxarılıb.

Femida.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən 1997-ci il təvəllüdlü Nurlan Həsənzadə və 1999-cu il təvəllüdlü Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Nurlan və Ruslan qardaşdır. Onlar ilk dəfədir ki, məhkumluq həyatı yaşayırlar.

İttihama görə, qardaşlar aprelin 28-də Bakı şəhər sakini X.Əhmədovaya hücum edərək onun boyunbağısını alıblar.

Hadisə Binəqədi rayonunda A.Kunanbayev küçəsində baş verib. Qardaşlar qadına qarşı zor tətbiq edərək qızıl boyunbağısını alıblar. Onlardan biri qadına bıçaq çəkib, digəri isə arxadan boyunbağını açaraq götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 448