Rusiyada vahid səsvermə keçirilir
18:49 08 Sentyabr 2019
Bu gün Rusiyada vahid səsvermə günüdür.
Femida.az xəbər verir ki, vahid səsvermə çərçivəsində 85 regionda müxtəlif səviyyələrdə seçkilər, o cümlədən 13 regionda qanunvericilik orqanlarına, 22 inzibati mərkəzdə Şəhər Dumasına seçkilər, 16 regionda qubernator, 3 regionda isə bələdiyyə başçıları seçkiləri, Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orlov vilayətində Dövlət Dumasına təkrar seçkilər keçirilir.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Elmlər Akademiyasında yaradılmış seçki məntəqəsində Moskva Dövlət Dumasına seçkilərdə səs verib.
İnquşetiyada isə regionun rəhbəri artıq seçilib. Məhəmməd Əli Kalimatov İnquşetiya Respublikasının başçısı seçilib. Elə bu gün də o, respublikanın rəhbəri kimi and içib. İnquşetiya qanunlarına görə, respublikanın rəhbəri parlamentin deputatları tərəfindən gizli səsvermə yolu ilə seçilir.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb