İranda 3 tona yaxın narkotik aşkarlandı
20:11 08 Sentyabr 2019

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Xaş rayonunda 2,61 ton narkotik maddə aşkarlanıb.
Femida.az bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri deyib.
M.Qənbərinin sözlərinə görə, Xaş və Zahidan rayonlarının polis əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 2 ədəd "Toyota" markalı pikap avtomobili saxlanılıb.
O əlavə edib ki, avtomobillərdən 2,59 ton tiryək, 18 kq həşiş və digər narkotik vasitələr aşkarlanıb.
Polis rəisi əməliyyatda 4 narkotik qaçaqmalçısının saxlanıldığını deyib.
Femida.az
Oxunub: 267
Oxşar xəbərlər
- İranda güclü zəlzələ olub
- İranda son sutkada 98 nəfər koronavirusdan ölüb
- İranda qar uçqunu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
- İranda terror qruplaşmasının üzvü edam edilib
- İranda ötən sutkada koronavirusdan 132 nəfər ölüb
- İranda ötən sutkada 152 nəfər koronavirusdan ölüb
- İranda “quş qripi” aşkarlanıb
- İranda sutka ərzində 294 nəfər koronavirusdan ölüb
- İranda daha 406 nəfər koronavirusdan öldü
- İranda koronavirusdan ölənlərin sayı 38 minə çatır