İmişlidə avtomobil kanala düşüb - 5 nəfər ölüb


09:09     09 Sentyabr 2019 19_09_09_1568009359.jpg


İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az APA-ya istinadən xəbər veri ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #İmişli  

Oxunub: 748