Cəlilabad sakini saxlanıldı - 16 ildir axtarılırdı


10:01     09 Sentyabr 2019 hebs5.jpg

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 il axtarışda olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.

Femida.az

Açar sözlər:

Oxunub: 295