Polisdən Aşura xəbərdarlığı: Küçə yürüşlərinə imkan verilməyəcək


10:10     09 Sentyabr 2019 19_09_09_1568009489.jpg


Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az-a daxil olan məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Femida.az

Açar sözlər: #aşura  

Oxunub: 1313