AİB Azərbaycana 800 min ayırdı


05:04     20 May 2015 Asian_Development_Bank_050712_albom_2.jpg

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda elektrik enerjisinin paylanması üzrə investisiya inkişaf proqramının operativ hazırlanması üçün 800 min dollar həcmində qrant ayıracaq. Bu barədə Trend AİB-ə istinadən məlumat verir.


Texniki yardımın göstərilməsi barədə saziş mayın 15-də imzalanıb və elə həmin gün qüvvəyə minib. Məlumata görə, investisiya proqramının dəyəri 750 milyon dollardır. Bu vəsait bank tərəfindən 3 tranşda (hər biri 250 milyon dollar üzrə) təqdim ediləcək. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 250 milyon dollardır.

Açar sözlər:

Oxunub: 472


Oxşar xəbərlər