Aybəniz Haşımova şəhid həyat yoldaşını belə təbrik etdi: Xəbərin varmı, 57 yaşın oldu?

Aybəniz Haşımova şəhid həyat yoldaşını belə təbrik etdi: "Xəbərin varmı, 57 yaşın oldu?"


10:56     09 Sentyabr 2019 2019/09/download-(1)_1568012299.jpg

Bu gün Əməkdar artist Aybəniz Haşımovanın şəhid olan həyat yoldaşı Xalid Quliyevin doğum günüdür.



Femida.az xəbər verir ki, müğənni Qarabağ döyüşlərində həlak olan şəhidin şəklini paylaşaraq onu bu sözlərlə təbrik edib:

"Bu gün doğum günündü ay yaraşıqlı oğlan... Xəbərin varmı 57 yaşın oldu?! Hər oğulun işi deyil, bu yaşa qədər belə gənc qala bundan da, xəbərin varmı?! Ayrı nə deyim ki, ürəyim soyuya ay qaməti qamət, yerişi, duruşu, qəlbi şüşə kimi təmiz, dosta əsl dost, yara yar, ailəyə, millətə əsl Oğul olanım, 100-lərlə düşmənin belini qıran İgidim.... bunlardan da, xəbərin varmı?! Nə isə, onsuzda ürəyim boşalmayacaq... Sözüm elə, burda bitsə yaxşıdır. Bircə sonda bunu deyəcəm "Nə yaxşı ki, varımıymışsan" nə yaxşı ki, doğulmuşlardansa! Doğum günün mübarək,Qəhrəman Xalid!!".



Femida.az

Açar sözlər:

Oxunub: 2210


Oxşar xəbərlər